F-1.az xatırladır ki, almaniyalı sürücü keçənilki yarışda 4-cü yeri tutmuşdu.
Sebastyan Fettel: “Son illərdə burada yaxşı nəticələr almırıq, amma bu il rəqabətədavamlıyıq və bunu nəticəyə əks etdirmək istəyirik. Güclü paketimiz var və qarşıda 5 yarış var. Buna görə də məyus olmağa dəyməz. Əlimizə fürsətlər keçəcək və bunlara hazır olmalıyıq. Son iki yarışda dəyərli xallar itirdik, amma avtoidmanda bunlar labüddür. Bolid üzərində işləməyə davam edirik. Builki uğurlarımıza görə sevincliyik, amma hələ heç nə bitməyib. Malayziyadan sonra ötürmələr qutusunda problem olmadığını öyrənmək sevindiricidir. Ümid edirəm ki, Yaponiyada qalib gələrik”.