S.Fettel Yaponiya yarışından razı qalıb

Sebastyan Fettel Yaponiya yarışında əldən verdiyi podiuma baxmayaraq, komandanın performansının yaxşı olduğunu deyib...

F-1.az xatırladır ki, almaniyalı sürücü komanda yoldaşı Rəykkönen kimi startda yer itirmə cəzası almışdı. Amma Fettel yarışda 3-cü yerə qədər yüksəlmişdi.

Ferrari komandası Mercedes və Red Bull-dan fərqli strategiya seçmişdi və almaniyalı sürücü podiumu əldən vermişdi. Amma bu nəticəyə baxmayaraq, Fettel həftəsonundan razı qalıb: “Bu həftə pozitiv olan çox şey var. Cəzaya baxmayaraq, güclü həftəsonu keçirtdik. Bolidin sürəti yarışda yaxşı idi. Böyük ehtimalla ən sürətli ikinci komanda idik. Bu həftə çox şey yaxşı idi.

Əgər podiuma yaxınlaşıb, onu ala bilməsəniz, xoşbəxt ola bilməzsiniz. Buna görə də, bir az məyusam. Amma dediyim kimi pozitiv olan çox şey var. Bolid barədə çox şey öyrəndik. Bu trası Silverstoun ilə müqayisə edə bilərik. Bu gün hava daha küləkli idi”.

Fettel komandasının strategiyasını müdafiə edib: “Yarışa yaxşı başladıq və ilk iki dövrədə 2 yer qazandıq. Bundan sonra Maksı təzyiq altında saxlamaq üçün hər şey etdik. O da bizə görə daha tez pit-stop etməli oldu. Trasda daha uzun müddət qalaraq, fərqli şeylər sınamaq istədik. Sonuncu pit-stopdan sonra Soft təkərlərə keçdim, amma onun da ömrü az oldu və podiumu Lyuisə verdik. Yarışın sonundakı fərqə baxsanız görərsiniz ki, onu arxamızda tutmaq üçün əlimizdən heç nə gəlməzdi. Podiumla fərq çox idi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*