F-1.az xatırladır ki, Sepanqda əla start alan və ilk döngəyə 3-cü yerdə girməyə çalışan Sebastyan əyləcə gec basmış və Niko Rosberqlə təmas yaşamış, nəticədə Niko yerində fırlanaraq 21-ciliyə qədər geriləyərkən, Fettel maşınının ön asılqanı qırıldığı üçün yarışı dayandırmalı olmuşdu. Hadisəyə yarışdan sonra baxılacağı bildirilmişdi.
Stüardlar insidenti araşdırıblar və Ferrari-nin alman sürücüsünü günahkar hesab ediblər. O, gələn həftəsonu Suzukada startda 3 yer itirəcək.