F-1.az xatırladır ki, Ditrix keçən həftənin şənbə günü 78 yaşında dünyasını dəyişmişdi. MAteşiç avtoidmanda önəmli fiqurlardan biri idi. Red Bull onun rəhbərliyində çox sayda seriyada uğur qazanmış və çoxlu sürücünü idmana qazandırmışdı.
Sebastyan Fettel də bu sürücülərdən biridir. O, 2008-ci ildə Mateşiçin sahibi olduğu Toro Rosso komandasında yarışmış və 1 qələbə qazanmışdı. 2009-cu ildə isə Diterin digər komandası Red Bull-a keçmiş və burada 4 dəfə Dünya Çempionu olmuşdu. Fettel Red Bull ilə 38 yarış qazanmışdı.
Fettel onunla çox yaxın münasibətdə idi və indiki uğurlarını ona borcludur. Buna görə də bu həftəsonu Red Bull loqotipli xüsusi dəbilqədə yarışacaq. Dəbilqənin üstündə Mateşiçə təşəkkür yazıları da var.