S.Fettel: “Xallar sabah veriləcək”

Macarıstan Qran Prisinin sıralanma turunda karyerasının 48-ci poulunu qazanan Sebastyan Fettel çox xoşbəxt olduğunu deyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü sıralanma turunun son sessiyasında mükəmməl dövrə vuraraq, komanda yoldaşı Kimi Rəykköneni 0.2 saniyə qabaqlayıb.

Sebastyan Fettel: “Bu gün birinci yeri tutduğumuza görə xoşbəxtəm. Xüsusən də zəif təsir bağışladığımız Britaniyadan sonra bu sevindirici haldır. Orada çox xal itirdik və bu yeni fürsətdir. Bilirik ki, xallar bu gün yox, sabah verilir, amma bu gün çox güclü idik. Komanda olaraq çox işlədik və bolidi yenidən birinci yerə yüksəltdiyimiz üçün sevincliyəm. Hunqarorinqdə ötmə etmək asan deyil. Bolid bu gün əla performans göstərdi və bilirdik ki, uğur qazanacağıq. Pouldayam, amma xallar sabah veriləcək.

Çempionatdakı mövqeyimə baxmıram. Əsas yarışdakı performansımızdır. İnkişaf edə bilmişik və bizim üçün vacib olan budur. Həyəcanverici yarış olacaq. Sabahı səbirsizliklə gözləyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*