S.Fettel: Xal ala bilərik

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, bugünkü yarışda xallar qazana bilər.

F-1.az xatırladır ki, almaniyalı sürücü ikinci sessiyadakı son cəhdində səhv edərək, 12-ci olub. Lakin rəqiblərinin cərimələri ilə yarışa 10-cu yerdən start verəcək.

Sebastyan Fettel: “Daha yaxşı nəticə mümkün idi. Buna görə özümə əsəbiyəm. S döngələrinə girəndə arxa tərəfi itridim. Bundan sonra vaxt itirməyə başladım. Dövrənin qalanı yaxşı olsa da, əvvəlində səhv etmişdim. Bu səhv uduzmağıma bəs elədi. Ən azından son sessiyada bir maşınımız var. Stroll əla dövrə vurdu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*