S.Fettel: “Virtual təhlükəsizlik avtomobili podium şansımızı əlimizdən aldı”

Sebastyan Fettel bildirib ki, onlar Amerika yarışında virtual təhlükəsizlik maşınına görə podiumu əldən veriblər.

F-1.az xatırladır ki, almaniyalı sürücü Amerika yarışında fərqli strategiya seçsə də, yarışı rəqiblərindən çox geridə tamamlayıb.

Fettel yarışın əvvəlində SuperSoft təkərlərlə 14 dövrə trasda qalıb və pitə gələrək Soft təkərlərə keçib. Amma almaniyalı Soft təkərlərlə cəmi 15 dövrə vurduqdan sonra ikinci dəfə pitə gəlib. Fettel pitə gəldikdən sonra isə Maks Ferstappenə görə virtual təhlükəsizlik maşını rejimi elan olunub və bu rejim pitə gəlməyən sürücülərə üstünlük qazandırıb.

Sebastyan Fettel: “Yaxşı yarış keçirtdik. İlk pit-stopu gec etdik. Sözün düzü, rəqiblərim pitə tez getdilər və buna görə də fərqli strategiya sınadıq.

Maksı keçmək üçün pitə gəlib Medium təkərləri götürdük. Bir və ya iki dövrə sonra isə virtual təhlükəsizlik maşını rejimi (VCR) elan olundu. Bu, bizim üçün ideal olmadı. VCR olmasaydı, podium qazana bilərdik.

Amma yarış tempimiz sıralanma tempimizdən yaxşı idi. Bir bolidimizin yarışı tamamlaya bilməməsi də pis oldu”.

Ferrari-nin digər sürücüsü Rəykkönen isə sağ arxa təkəri yaxşı bağlanmadığına görə mübarizəni vaxtından əvvəl dayandırıb. Buna görə də komandaya 5000 avro pul cəzası verilib.

Kimi Rəykkönen: “Reallıq budur ki, yarışı bitirə bilmədik. İşlərin qaydasında olmadığını hiss etdim. Arxada qığılcımlar gördüyüm üçün düzlükdə dayandım”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*