F-1.az xatırladır ki, avstraliyalı sürücü 2009-cu ilin Almaniya yarışında karyerasının ilk qələbəsini qazanmışdı.
Sebastyan Fettel: “Çempion olduğum illərdə güclü sürücü olsam da, özümü tərifləmək istəmirəm. Amma o dövrlər Mark Vebber düzgün işlər görürdü və inanılmaz idi. Məsələn, 2009-cu ilin Nurburqrinq yarışı da bunlardan biri idi. Orada əlimdən heç nə gəlmirdi.
Yarışdan sonra ona yaxınlaşdım və dedim ki, “bunu necə bacardın bilmirəm, amma bu performansına papaq çıxarıram”.
Çox sürətli idi. Məndən çox sürətli idi. Onu keçməyə çalışsam da, deyəsən tras məni sevmirdi. Əgər Vebber günündədirsə və bolid istədiyi kimidirsə, onu izləmək çox gözəl olurdu”.