F-1.az bildirir ki, almaniyalı sürücü maşının ön asılqanlarından şikayət edib. Hər iki sessiyanın gedişində mühəndislər və mexaniklər problemi həll etməyə çalışıblar, asılqanlar bir neçə dəfə sökülüb və yenidən yığılıb, amma problem həll olunmayıb. Ona görə də komanda qərara alıb ki, şənbə günü üçün sürücüyə ehtiyat şassi üzərində yeni maşın yığılsın.
Şənbə günü səhər Fettelin yeni maşını FİA-nın məcburi texniki təftişini keçməlidir, yalnız bu təftişdən sonra yeni maşın Qran Priyə buraxılacaq…