S.Fettel üçün müəmmalar çoxdur

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, pis hava şəraitinə görə yeni bolidi keçənilki bolidlə müqayisə edə bilməyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü testlərin ikinci günündə sükan arxasına keçərək sessiyanı 1-ci yerdə başa vurub.

Sebastyan Fettel: “Çox soyuq idi. Ən vacibi isə 100 dövrə vura bildik. Bolid işləyir və etibarlılıq cəhətdən problem yaşamadıq. Belə görünür ki, inkişaf etmişik. Performans cəhətdən bir söz deyə bilmərəm, amma hər şey əla gedir. Buraya gəlib bolidi sürə bilmək əla oldu. Əvvəlcə bolidi anlamalıyıq. Bacardıqca çox dövrə vurmalıyıq və çox məsafə qət etməliyik. Daha sonra performansa fokuslana bilərik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*