F-1.az xatırladır ki, almaniyalı sürücü Belçikadakı sıralanma turunda səhv edərək, ikinci yeri tutub və komanda yoldaşı Leklerdən 0.7 saniyə geridə qalıb.
Sebastyan Fettel: “İlk cərgəni tutduğumuz üçün xoşbəxtəm, amma poul uğrunda mübarizəçapara bilmədim. Trafikdə idim və bu, mənə kömək etmədi Lakin bəhanəm yoxdur. Sabahkı yarış barədə düşünürük. Tempimiz var və bunu göstərmək istəyirik. Daha yaxşı ola bilərdi. Bolid bu gün yaxşı idi. Amma gecə hava soyuyacaq. Bəlkə, buna görə fərq yarana bilər”.