S.Fettel topladığı məlumatlardan razı qalıb

Ferrari komandasının sürücüsü Sebastyan Fettel HyperSoft təkərlərdən razı qalıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü Əbu Dabidəki təkər testlərində 118 dövrə vuraraq 1:37.551 zaman nəticəsi göstərib.

Sebastyan Fettel: “Təkərlərlə bağlı fikrimizi topladıq. Yeni təkərlər stabil idi. HyperSoft təkərlər yaxşı görünür. Sıralanma tempində çox sürətlidir və tez yeyilir. Sürətli getmək həmişə yaxşıdır.

Qəribə test idi. Çoxlu dövrələr vurduq və çoxlu məlumat topladıq. Ümumilikdə ancaq təkərləri test etməyə fokuslanmışdıq və yaxşı dövrələr atdıq. Ən sürətli dövrəmizi HyperSoft təkərlərlə vurduq və inanmıram ki, bu çox vacib olsun. SF70-H-ı sonuncu dəfə sürdüm. Bu bolid üçün darıxacam. İndi növbəti mövsümü gözləyirəm. Ümid edirəm ki, gələn il bolidimiz sürətli olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*