S.Fettel: Təzyiq hiss etmirdim

Sabiq Formula1 bildirib ki, Ferrari sürücüsü olmağın əlavə təzyiqini hiss etməyib.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionu 2015-2020-ci illərdə çıxış etmiş və daha çox etdiyi səhvlərlə yadda qalmışdı. Əksəriyyət bunun səbəbi kimi Ferrari komandasındakı təzyiqi görsə də, almaniyalı pilot bununla razı deyil.

Sebastyan Fettel: “Doğrudan da çətin idi, amma Ferrari pilotu olmağın ekstra təzyiqini heç vaxt hiss eləmədim. Sadəcə orada uğur qazanmaq istədiyim üçün üzərimdə təzyiq var idi.

Bəzi uğurlarımıza görə çox sevincli və çox rahatam. Lakin o vaxtlar özümə gəlməyim üçün vaxt lazım olmuşdu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*