F-1.az xatırladır ki, Monako yarışından sonra almaniyalı sürücünün təqaüdə çıxacağı ilə bağlı söz-söhbətlər yayılmışdı.
Sebastyan Fettel: “Təqaüdə çıxmayacam. Formula1-dən hələ də zövq alıram və Ferrari-də görməli işlərim var. Bu il geridönüş etmək üçün hər şey edirik. Kanada yarışı bununçün başlanğıc ola bilər. Bolidimiz yaxşıdır və onu öyrənməyə davam edirik. Xüsusən də təkərlərə uyğunlaşmağa çalışırıq. Mövsüm çətin keçir. Rəqiblərimiz daha yaxşı işləyirlər”.