S.Fettel təqaüdə çıxır?

Bəzi iddialara əsasən Formula1 üzrə dörd qat Dünya Çempionu Sebastyan Fettel mövsümün sonunda karyerasını bitirəcək.

F-1.az xatırladır ki, almaniyalı sürücü F1-də 2007-ci ildə debüt edib və 2010-2013-cü illərdə ardıcıl 4 dəfə Dünya Çempionu titulunu qazanıb. Lakin son illərdə etdiyi səhvlərə görə tez-tez tənqid olunan 32 yaşlı çempionun Ferrari ilə müqaviləsi 2020-ci ildə bitir.

Britaniyalı jurnalist Co Savarın verdiyi məlumata görə Fettel 2019-cu ilin sonunda karyerasını bitirəcək. Bu iddialar hələki Ferrari və Fettel tərəfindən təsdiqlənməyib. Amma almaniyalı sürücü gedəcəyi halda onu Peres, Maqnussen, Qrojan və ya Bottas əvəz edə bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*