S.Fettel: Təqaüd qərarımı vermək məni rahatlatdı

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, təqaüdə tez çıxdığı üçün rahatlanıb.

F-1.az xatırladır ki, almaniyalı pilot son iki yarışına hazırlaşır. O, 15 illik karyerasında dörd Dünya Çempionluğu, 53 qələbə qazanıb.

Sebastyan Fettel: “Karyeram bir həftə ya da 10 gün içində sonlanacaq, amma həftəsonunu dördgözlə gözləyirəm. İnterlaqosu sevirəm. Gözəl trasdır. Bu yarış da mənə digərləri kimi adi yarış kimi görünür, ancaq elə olmadığını bilirəm. Son iki yarış və hər şey bitəcək.

Yenə də bu barədə düşünmürəm. Gələn həftə necə hiss edəcəyimi bilmirəm. Görək nə olur. Karyeramı bitirəndən sonra nə olacağını səbirsizliklə gözləyirəm. Keçmişə bağlı olaraq yaşamıram və karyeramı bitirdiyim üçün məyus deyiləm.

Təqaüd qərarımı vermək mənə kömək etdim. Düzünü desəm, o gündən sonra özümü rahat hiss edirəm. Mövsümün ikinci yarısındakı bəzi yarışlardan həzz aldım, bəzilərindən yox. Uzun illərdir ki, belə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*