F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümün ilk yarısında liderliyi heç kəsə verməmiş, amma ikinci yarıda yaşadığı problemlərə görə Həmiltonun 59 xal gerisinə düşmüşdü.
Sebastyan Fettel: “Məncə, təqaüdə çıxmaq böyük qərardır və bunu bir neçə həftə ərzində verə bilməzsiniz. Durduğum yerdə belə qərar verməyi düşünmürəm. Ferrari-də yarışmaq xüsusidir və ilk yarışıma çıxdığım gündən həyəcanımı itirməmişəm. Hələ eyni motivasiya ilə yarışıram. Ferrari çempion olmamış idmandan getməyəcəm. Güclü bolidimiz və komandamız var. Hər şey mümkündür. Formula1-də olmaq mənim üçün həyəcanvericidir və həyəcan davam etdikcə burada qalacam. Ümid edirəm ki, təqaüdə çıxmamışdan əvvəl çempion olaram”.