F-1.az xatırladır ki, almaniyalı sürücü Almaniyadakı cümə sərbəst yürüşlərində ikinci olub. Birinci yeri isə komanda yoldaşı Lekler tutub.
Sebastyan Fettel: “Nəticədən razıyam. Gözəl gün idi. Bəzi problemlərə görə vaxt itirdik. Nahardan sonra Medium təkər bir az yanmışdı. Onu saymasaq, hər şey yaxşı idi. Boliddə özümü yaxşı hiss etdim. Bir az da sürətlənə bilərik. Hava şəraiti də bizə kömək etdi. Ümid edirəm ki, həftəsonu ərzində də belə olar. İsti havada yarışmaq yaxşı olardı. Tərləməyi sevirəm. Amma yağış gözlənilir”.