S.Fettel: “Tempi tuta bilmədim”

Əbu Dabi QP-nin sıralanma turunda 5-ci olan Fettel bildirib ki, tempi tuta bilməyib və nəticədən narazıdır.

F-1.az xatırladır ki, Fettel üçüncü sərbəst yürüşlərdə 1-ci yeri tutsa da, sıralanma turunda eyni performansı göstərə bilməyib və bu mövsüm sıralanmalarda 11-ci dəfə komanda yoldaşı Rəykkönenə uduzub.

Sebastyan Fettel: “Ümumi olaraq nəticədən razıyam. Deyəsən, aqressiv olmaq istəyərkən bir neçə səhv etdim və nəticə belə alındı. Yaxşı nəticə almağımız üçün yaxşı şərait var idi, amma olmadı. Amma növbədə uzun bir yarış var və yarış tempimiz güclüdür.

Günəş batandan sonra temperatur sürətlə aşağı düşür və bu da yarışda həlledici rol oynayacaq. Ən yaxşı strategiyanı seçəcəyimizə şübhə etmirəm. Bolidimiz dünənə nisbətən çox sürətli idi. Mercedes sürücüləri bir az güclü görünürlər. Amma yarışda Red Bull-ları geridə qoymaq üçün yaxşı şansımız olacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*