F-1.az xatırladır ki, almaniyalı sürücü sıralanma turunda son sessiyaya qalsa da, 10-cu yeri tuta bilib. Komanda yoldaşı Lekler isə dördüncü olub.
Sebastyan Fettel: “Tempi tutmaq çox çətin idi. Bolid pis deyildi, amma sıralanma turunda mənim üçün narahat idi. Cümə günü az dövrə vurmuşdum və şənbə günü sazlanma tapmaq çətin oldu. Görək yarışda nə edirəm.
Təbii ki, Soft təkərlərlə start almaq çətin olacaq, amma əlimdən gələni edəcəm”.