S.Fettel: “Təkmilləşməliyik”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel İtaliyadakı cümə günü sərbəst yürüşlərindən sonra bildirib ki, boliddən istədiyi performansı ala bilmir.

F-1.az xatırladır ki, almanyalı sürücü birinci sərbəst yürüşlərdə lider Həmiltondan 1.115 saniyə, ikinci sərbəst yürüşlərdə isə lider Bottasdan 0.140 saniyə geri qalıb.

Sebastyan Fettel: “Bolidi təkmilləşdirə bilərik. Daha güclü ola biləcəyimiz sahələr var. Məsələn, bolidin balansı və əylənmə kimi. burada özünüzə güvənməlisiniz. Əgər aşağı asfaltayatma qüvvəsinə sahibsiznisə, bolidin potensialını çıxarmaq üçün özünüzə inanmalısınız. Hələ istədiyimiz yerdə olmasaq da, güclənə bilərik. Sabah daha sürtəli olacağımızı düşünürəm. Bəs nə qədər? Onu bilmirəm.

Mercedes-in çox güclü olduğunu bilirik. Burada mühərrik gücü ön plana çıxır. Son iki ildə ən güclü onlar idi. Çox sürətlidirlər və trasa çıxan kimi sürətli dövrə vurdular. Amma biz öz işimizi görürük”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*