S.Fettel: “Təkərlərim qızmırdı”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Monakoda əla nəticə qazanıblar.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışı ikinci yerdə bitirərək, Mercedes-in ardıcıl 6-cı dəfə qələbə dublu etməsinin qarşısını alıb.

Sebastyan Fettel: “Yarışa nəzarət etmək çətin idi. Monakoda həmişə hər şey ola bilər. Düşünürdüm ki, yaxşı pit-stop edərik. Lakin Maksın piti inanılmaz idi. Daha sonra Bottasla Maksın pitdəki təmasını gördüm. Valtterinin təkərinin partlaması onunçün pis oldu. Daha sonra öndəki rəqiblərimizə təzyiq qurmağa çalışdıq və arxa təkərlərimdə problemlər yaşadım. Təkərlərim qızmırdı. Komanda üçün əla nəticədir. Lakin tempimizin olmadığını bilirəm. Sonda isə Lyuisi və Nikini təbrik edirəm. Bugünkü nəticəni görsə, çox sevinərdi. Onunçün darıxacağıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*