F-1.az xatırladır ki, Ferrari komandası Əbu Dabidə cümə sərbəst yürüşlərində çoxlu problem yaşayıb.
Sebastyan Fettel: “Məncə, təkərlərdən çox şey asılı olacaq. Red Bull yarışda təkərlərdən daha yaxşı istifadə edir. Mən təkərlərdən razı olmasam da, pis nəticə göstərmədim. Vahid dövrədə bir az güclüyük və şənbə günü güclü ola bilərik. Lakin yarış tempində təkərlər dözə bilmirlər. Çətin olacaq. Tempimiz elə də yaxşı deyil”.