S.Fettel: “Təkərlər çox qızır”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, təkərlər son sektorda həddən artıq qızır.

F-1.az xatırladır ki, almaniyalı sürücü Əbu Dabidəki cümə srəbəst yürüşlərində dördüncü yeri tutub. Dördqat Dünya Çempionu birinci sərbəst yürüşlərdə baryerlərə çırpılaraq bolidin arxa tərəfini zədələyib.

Sebastyan Fettel: “Problemlərimiz son yarışlardakı ilə eynidir. Orta sürətli döngələrdə vaxt itiririk və rəqiblərimizdən zəifik. Xüsusilə də üçüncü döngə bizim üçün çətin idi. Təkərlər həddən artıq qızırdı və bolidi sürmək çətin idi. Limitləri tapmalıyıq. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Daha yaxşı sazlanmalar taparaq bazar günü qələbə uğrunda mübarizə apara bilərik.

Birinci sərbəst yürüşlərdə yerimdə fırlanmağı gözləmirdim. Döngəyə girəndə arxa tərəfi stabil saxlamağa çalışsam da, alınmadı. Bəxtimiz gətirmədi, ancaq təkcə təkər diski zədələnmişdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*