S.Fettel: Təhlükəsizlik maşını məni geriyə saldı

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, təhlükəsizlik maşını onu pis vəziyyətdə qoyub.

F-1.az xatırladır ki, almaniyalı sürücü Braziliyada uzun müddət xal zonasında getsə də, sonlarda çıxan təhlükəsizlik maşınından sonra 11-ci yerə geriləyib və xalsız qalıb.

Sebastyan Fettel: “Yaxşı start aldım və yerimiz yaxşı idi. Ancaq pit-stopdan sonra bir neçə yer itirdim və bu da yarışıma təsir etdi. Tempim yaxşı olsa da, ikinci təhlükəsizlik maşını yarışımı məhv etdi. Restartdan sonra gördüm ki, mən Medium, rəqiblərim isə Soft təkərlərdədir. Buna görə deməyə söz tapmıram. Bundan sonra bildim ki, yerimi qorumaq çətin olacaq. Onsuz da bir neçə dövrəyə bütün Soft təkərli sürücülər məni keçdilər. Əlimizdən heç nə gəlmirdi, çünki təkərimiz qalmamışdı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*