S.Fettel təəccüblüdür

Sebastyan Fettel Avstriya yarışında təkərinin partlamasına görə təəccüblənib...

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 9-cu yerdən başlasa da, SuperSoft təkərlərlə bacardıqca uzun məsafə qət etmək istəyirib. Eyni təkərlərlə 27 dövrə vuran Sebastyan Fettel, start-finiş düzlüyündə sağ arxa təkərinin partlaması ilə bolidin idarəetməsini itirib və bariyerlərə çırpılaraq, mübarizəni vaxtından əvvəl dayandırıb.

Sebastyan Fettel qəzadan sonra təəccübünü gizlətməyib və qəza barədə bunları deyib: “Yeni dövrəyə başlamamışdan əvvəl komanda körpüsündən soruşdum və mənə dedilər ki, hər şey qaydasındadır. Təkərin partlayacağına dair heç bir işarə yox idi. Təzyiq normal idi. Hər şey əvvəlki dövrədə olduğu kimi idi.

Biz ilk hissəni uzatmaq istəyirdik və buna görə də trasda qaldıq. Mən düşünmürəm ki, biz həddi keçmişik. Qəzanın səbəbi barədə heç bir şey deyə bilmərəm. Yarışdan sonra nə baş verdiyini biləcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*