S.Fettel: Suzukada sehirli ab-hava var

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Suzukadakı performansları müəmmalıdır.

F-1.az xatırladır ki, almaniyalı sürücü Suzukada daha əvvəl 4 dəfə qalib gəlib. Aston Martin də son yarışlarda güclənib və Belçika, Niderland, Sinqapur yarışlarından xalla ayrılıb.

Sebastyan Fettel: “Suzuka gözəl trasdır. Təqvimdəki ən sevimli trasımdır. Bura ilə bağlı gözəl xatirəlrəim var. Tras və azarkeşlər xüsusidir. Buradakı ab-hava da sehirlidir. Bura sürücülər üçün əsl meydan oxuma yeridir və qüsursuz dövrə vurduğunuzda həzz alırsınız.

Burada necə performans göstərəcəyimiz müəmmalıdır, amma asfaltla ilişməyə tələbkar olmayan Spada yaxşı xallar qazanmışdıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*