F-1.az xatırladır ki, Ferrari testlərdə ən sürətli nətcəni əldə etsə də, Avstralliyada sıralanma turunda poul qazanan Həmiltondan 0.7 saniyə geri qalıb.
Sebastyan Fettel: “Bolid testlərdə güclü idi. Amma burada özümüzü yaxşı hiss etmədik. Dünən bizim üçün çətin idi. Bu gün özümüzü bir az yaxşı hiss etdik, Ancaq bolidi anlamaq üçün vaxtımız az idi. Sessiyaların arasında fərq çox azdır. Xüsusən də sıralanma turunda çox şeyi dəyişmək olmur. Amma harada vaxt itirdiyinizi anlayırsınız. Bugünkü fərq çox təəccüblü oldu. Bunu gözləmirdik. İndi isə sabahkı yarışa fokuslanacağıq. Narahat deyilik”.