F-1.az xatırladır ki, almaniyalı sürücü karyerasına yeni başladıqda, əksəriyyət onu yerlisi Şumaxerlə və müqayisə edir və ona “balaca Şumi” deyirdilər.
Sebastyan Fettel: “Müqayisə aparmaq mənasızdır. Dövrlərimiz və çıxış etdiyimiz komandalar fərqli idi. Mixaelin öz missiyası var idi. Mixael 2010-cu ildə Formula1-ə qayıdanda yaşlı idi və ondan əvvəl üçillik fasilə vermişdi. Ancaq mənim karyeram davam edir. Sadəcə komandamı dəyişirəm.
Həmişə gərək yüksək hədəflər seçəsiniz. Buna görə də Lourens Strolla hədəflərimiz üst-üstə düşür.
Hazırda Racing Point-lə əlaqəm yoxdur və yeni maşınlarını hələ də görməmişəm. Onsuz da buna icazə yoxdur, çünki Ferrari-nin sürücüyəm.