S.Fettel: “Sükan oğurlana bilərdi”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Ləns Strolla toqquşmadan sonra ötürmələr qutusunun xəsarət almasından qorxur.

F-1.az xatırladır ki, yarışdan sonra sürücülər şərəf dövrəsi vurarkən, Stroll və Fettel bir-birilə toqquşmuş və nəticədə almaniyalı sürücünün sol arxa təkəri yerindən qopmuşdu.

Stüardlar insidenti araşdırdıqdan sonra heç bir sürücüyə cəza verməmişdilər. Amma Ferrari almaniyalı sürücünün ötürmələr qutusunda problem olacağından qorxur. Buna görə də “qırmızılar” ötürmələr qutusunu yenidən Maranelloya göndəriblər. Əgər problem müəyyən olunsa, dördqat Dünya Çempionu Yaponiya yarışının startında 5 yer itirə bilər.

Sebastyan Fettel: “Ötürmələr qutusuna baxacağıq və bu, həftəsonunun ən pis sürprizlərindən ola bilər. Ümid edirəm heç nə olmaz. Çox yersiz hadisə idi”.

Fettel qəzadan sonra pit yoluna Verlyaynın bolidi ilə qayıtmalı olmuşdu və bolidinin sükanını da özü ilə götürmüşdü. Qaydalara əsasən, pilotlar boliddən düşdükdən sonra ötürmələr qutusunu və ilişmə muftasını neytral vəziyyətə gətirməli, ERS-i söndürməli və sükanı yerinə taxmalıdırlar. Amma Fettelə heç bir cəza gəlməmişdi.

Sebastyan Fettel: “Bu, refleks idi. Paskalın dayandığını gördüm və sükanı yerinə taxa bilmədim. Boliddə problem var idi və qeyri-ixtiyari olaraq onu oturacağa qoydum. Bəzən azarkeşlər trasa düşürlər. Qorxdum ki, götürüb apararlar. Buna görə də özümlə götürdüm. Sükanın itməsini kim istəyər?”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*