S.Fettel stüardlara kor deyib

Ferrari komandasının sürücüsü Sebastyan Fettel ona cəza verən stüardlara kor deyib.

F-1.az xatırladır ki, Fettel yarışın 48-ci dövrəsində tras xaricinə çıxıb və geri dönən zaman Həmiltonu divara sıxdığı üçün 5 saniyə cəza alıb. Buna görə də finiş xəttini birinci yerdə keçdiyi halda, ikinciliyə razı olub.

Sebastyan Fettel: “Qazondan çıxarkən bolidi idarə etmək asan deyil. Bunu görməmək üçün kor olmaq lazımdır. Divara çırpılmadığım üçün şanslıyam. Hansı cəhənnəmə gedəcəkdim? Bu dünya ədalətli yer deyil.

Sakitləşməyəcəm. Bu, ədalətli deyil. Əsəbiyəm və haqlıyam. İnsanların nə dedikləri vecimə də deyil”.

Fettel yarışdan sonra bolidi qapalı sahəyə gətirməyib və birbaşa komandanın boksuna yollanıb. Amma daha sonra FİA-nın çağırışı ilə podiuma qayıdıb və Həmiltonun önündəki bir nömrəli lövhəni öz maşınının qabağına çəkib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*