S.Fettel: “Strategiyamız yarışda işləyəcək”

Sebastyan Fettel bildirib ki, Ferrari-nin təkər strategiyası komandanın Rosberqə qarşı üstünlük qurmasına kömək edəcək.

F-1.az xatırladır ki, Niko Rosberq sıralanma turunun ikinci seansında Soft təkərlərlə sürətli dövrə vurub. Bu da o deməkdir ki, almaniyalı sürücü sabahkı yarışa həmin Soft təkərlə start verəcək.

Amma Ferrari komandasının sürücüləri Sebastyan Fettel və Kimi Rəykkönen SuperSoft təkərlərlə başlayacaqlar. Fettel bildirib ki, bu strategiya yarışda yaxşı işləyəcək.

Sebastyan Fettel: “Sıralanma turunda 4-cü yeri tutacağımı gözləmirdim. Bu, bizə necə fərq yaradacaq bilmirəm

Əvvəllər bu cür strategiyaların yaxşı işlədiyini görmüşdüm, amma hərdən elə olur ki, işə yaramır. Rosberq ikinci seansda bu cür strategiya seçə biləcək tək adam idi.

Yenə də düşünürəm ki, güclü yarış keçirəcəyik. Məncə, təkərin yeyilmə tempi bizə kömək edəcək”.

Sıralanma turunun üçüncü seansında bir dəfə sürətli dövrə vuran Fettel bildirib ki, onun atdığı dövrə mükəmməldən bir az pis olub və ikinci yeri tuta bilərdi: “Dövrəyə başlayanda səhv etdim və deyəsən, ilk sektorda təkərləri pis istifadə etdim. Bundan sonra iş çətinləşdi. Elə bil qaçanı qovurdum.

Həftəsonunun ən yaxşı dövrəsi deyildi. Strategiyamıza güvənirəm. Bir dəst təkərə qənaət etdik, amma ilk cərgəni itiridiyimiz üçün məyusam, çünki 2-ci yeri tuta bilərdim”

Almaniyalı sürücü yarışda Red Bull-u keçəcəklərini bildirib: “Məncə, onlar üçün əla gün idi. Burada balansı tapmaq vacib idi və mən düşünürəm ki, onlar bunu etdilər. Ona görə də bu nəticəyə görə təəccüblənməməliyik. Ancaq sabah yarışı onların önündə bitirməliyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*