F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa ikinci yerdən başlasa da, pits-topa komanda yoldaşı Rəykkönendən daha gec gedərək, birinciliyi ələ alıb və mövsümdəki 3-cü qələbəsini qazanıb.
Sebastyan Fettel: “Strategiyanı əvvəldən planlaşdırmamışdıq. Valtteri pitə girdikdən sonra Kimi buna cavab vermək istədi və bu cür qərar aldılar. Mənim isə itirəcək heç nəyim yox idi və trasda qalmağa davam etdim. Sözün açığı, qısa müddət ərzində liderliyə yüksəlməyimə təəccübləndim. Təhlükəsizlik avtomobilindən sonra vəziyyətə nəzarət etməyə çalışdım və səhv eləmədim. Təkərlər soyuduğu üçün bir neçə dövrə çətin keçdi, lakin problem yaşamayaraq, qalib gəldim. Komanda olaraq nəticədən razıyıq. Ümid edirəm ki, sonrakı yarışda belə davam edə bilərik”.