S.Fettel: Strategiya düzgün idi

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Bakıda belə nəticə gözləmirmiş.

F-1.az xatırladır ki, almaniyalı sürücü 11-ci başladığı Azərbaycan yarışında finişə ikinci yerdə çatıb. Dördqat Dünya Çempionu ilk 4 yarışdan xalsız qayıtmış və buna görə sərt tənqidlərə məruz qalmışdı. Lakin Fettel Monakoda 5-ci olaraq Aston Martin-də ilk xallarını qazanıb, Azərbaycanda isə 2-ci olaraq yeni komandasın ilk podiumunu bayram edib.

Sebastyan Fettel: “Gec pit-syopa getmək üçün tempim yaxşı idi. Bu, bizə Yukini qabaqlamağa kömək elədi. İkinci start isə mənim üçün əla oldu. İki yer birdən qazandım. Təbii ki, podium qazanmaq gözəl hissdir. Buraya gələndə belə gözləntimiz yox idi. Ancaq cümə günü yaxşı nəticələr almasaq da, boliddə özümüzü yaxşı hiss edirdik. Çox rahat idim. Dünən istədiyimizi edə bilməsək də, bu gün etdik. Məncə, pitə gec gəlmək strategiya cəhətdən həmişə yaxşıdır. Yeni təkərlər bizə kömək elədi. Çünki rəqiblərimiz təkərlərini sıralanma turunda istifadə etmişdilər. Təkərləri yaxşı qorumağımız uğurumuza kömək etdi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*