S.Fettel statusu əldən getdiyi üçün məyus deyil

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Formula1-də qalib gələn ən gənc sürücü statusunu Maks Ferstappenin onun əlindən alması onu narahat etmir və buna görə məyus deyil.

F-1.az xatırladır ki, Sebastyan Fettel 2008-ci ilin İtaliya QP-də qalib gələrək, Formula1 tarixinin qələbə qazanan ən gənc sürücüsü olmuşdu. Amma builki İspaniya QP-də Ferstappen bu statusu almaniyalının əlindən aldı. Ferstappen 18 yaşında qələbə qazanaraq yeni rekordun sahibi oldu.

Sebastyan Fettel: “Rekordlar qırılmaq üçündür. İlk qələbəmi qazananda çox həyəcanlı idim. Buna görə də o yarışı qazananda 22 yaşım var idi, yoxsa neçə yaşım var idi bunu bilmirəm. Neçə yaşında olmağınız vacib deyil. Əgər siz sürətlisinizsə, deməli bura aidsiniz. Buna görə də 18 yaşında və ya neçə yaşında qazandığınızın fərqi yoxdur.

Mixael 43 yaşına qədər yarışdı. Bir neçə həftə əvvəl Stirlinq Moss ilə görüşdüm. Heyif ki, o 30 yaşlarında karyerasını bitirib. Ancaq 50 yaşına qədər yarışa bilərdi.

Sözün açığı, hazırkı bolidləri sürmək əvvəlki illərə nisbətən daha asandır, ancaq onun qələbəsi barədə heç nə deyə bilmərəm. Kiminin neçə yaşı olduğunu bilmirəm. Amma 35 yaşında əgər ideal formadasınızsa və sürətlisinizsə, deməli gəncsiniz və hələ yarışa bilərsiniz. Bunu xüsusilə vurğulamaq lazımdır”.

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*