S.Fettel startda 5 yer itirəcək

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel mövsümün ilk yarışı Bəhreynin startında 5 yer itirib.

F-1.az bildirir ki, Fettel birinci sektorda sarı bayraqlara əhəmiyyət vermədiyi üçün bu cəzaya məruz qalıb.

Xatırladaq ki, Nikita Mazepin birinci sektorda yerində fırlandığı üçün cüt sarı bayraqlar sallanıb. Bu anda oradan Peres, Bottas, Rassell və Fettel keçirdi. Bottas və Fettel sürətli dövrədə, Peres və Rassel isə pitədönüş dövrəsində idilər.

Finlandiyalı sürücü stüardların təlimatı ilə sürətli dövrəsini yarıda saxlasa da, dördqat Dünya Çempionu bu təlimata uymayıb. Buna görə də Fettelə startda 5 yer itirmək cəzası verilib və lisenziyasına 3 xal yazılıb. Beləliklə, Seb yarışa 20-ci yerdən başlayacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*