S.Fettel startda 5 yer itirəcək

FİA Fettelin maşınının ötürmələr qutusunun dəyişdirildiyini təsdiq edib. Bu da o deməkdir ki, Ferrari-nin pilotu startda 5 yer itirəcək.

F-1.az xatırladır ki, Sebastyan Fettelin maşınında ötürmələr qutusu mövsümün 4-cü yarışı olan Rusiya Qran Prisində dəyişdirilmişdi və o, startda 5 yer itirmişdi. Həmin ötürmələr qutusundan 5 yarışda istifadə etdikdən sonra Avstriya Qran Prisi ərəfəsində dəyişdirməli olub.

Qeyd edək ki, FİA-nın texniki reqlamentinə əsasən, sürücülər bir ötürmələr qutusu ilə ardıcıl 6 yarış keçirməlidirlər. Əgər 6 yarışdan əvvəl  qutu dəyişdirilsə, yarışa 5 yer geridən başlama cəzası gəlir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*