F-1.az xatırladır ki, almaniyalı sürücü Amerikadakı sıralanma turunda lider Bottasdan 0.012 saniyə geri qalaraq ikinci olub.
Sebastyan Fettel: “Startdan ilk döngəyə qədər ola məsafə boliddə olarkən daha qısa görünür.
Çox həyəcanlı idi. Çünki bütün sürücülər yaxın idi. Daha yaxşı nəticə göstərə bilərdim. Yüksək sürətli döngələrdə daha yaxşı nəticə mümkün idi. Lakin xoşbəxtəm. Görək yarışda nə olur. Ümid edirəm ki, yaxşı start alarıq. Düzlükdə üstünlüyümüz çox deyil. Çünki düzlükdə yoxuş yuxarı qalxırıq. Yaxşı start alacağımıza ümid edirəm. Yarışa Medium təkərlərlə başlayacağıq. Buna görə də üstünlüyümüz olmayacaq”.