F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümə iki qələbə ilə başlayıb və hazırda çempionatın lideridir.
Bu mövsüm yüksək temperaturlu traslarda Ferrari-nin, aşağı temperaturlu traslarda isə Mercedes komandasının üstün olması gözlənilir. Gələn həftə keçiriləcək Rusiya QP-də hava şəraitinin soyuq olması gözlənilir və bu hal Ferrari üçün elə də yaxşı deyil.
Sebastyan Fettel: “Soçidə hava şəraiti Bəhreynə nisbətən soyuq olacaq, amma bunun bizə problem yaradacağını zənn etmirəm. Məsələn, Çin də soyuq idi, amma rəqabətədavamlı idik. Əsas məqsədimiz başda Həmilton olmaqla bütün rəqiblərimizi təzyiq altında saxlamaqdır və bunu edə bildiyimiz üçün xoşbəxtəm. Ferrari indiyə kimi mükəmməl taktikalar seçdi, amma işimizə fokuslanmağa davam etməliyik”.