F-1.az xatırladır ki, hazırda əksər sürücülərin sosial şəbəkələrdə hesabları olsa da, almaniyalı sürücü özünü bu sferada asosial aparır. Lyuis Həmiltonun Twitter-də 4.5 milyon, Alonsonun İnstagram-da 1.5 milyon izləyicisi var.
Sebastyan Fettel: “Harada və kiminlə olduğumu, nə etdiyimi başqaları ilə niyə bölüşüm? İnsanların özləri barədə danışmasını anlamıram. Mənim buna ehtiyacım yoxdur. Amma digər insanları da buna mühakimə etmirəm. Deyəsən, öz şəkillərimi sevməyən nəslə aidəm. İnsanlar bəzən mənimlə şəkil çəkdirir. Bunun səbəbini soruşanda cavab ala bilmirəm.
Keçən dəfə də biri gəldi və mənə – “səninlə şəkil çəkdirmək istəyirəm, çünki dostlarıma səni tanıdığımı isbatlamaq istəyirəm” – dedi. Mən isə – “Əgər dostların sənə inanmırsa, deməli onlar üçün güvənli adam deyilsən” – dedim.