S.Fettel: “Son cəhdi bitirmək mənasız idi”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, son cəhdini tamamlamağın mənası olmayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü Sinqapurdakı sıralanma turunda ilk cəhdində lider olsa da, son cəhdində səhvlər edib və dövrəsinu tamamlamadan boksa qayıdıb. Nəticədə Leklerlə Həmiltonun gerisinə düşərək üçüncü olub.

Sebastyan Fettel: “Son cəhdim daha yaxşı ola bilərdi. Bolid sürətli idi və hər dövrə təkmilləşirdim. Bəlkə də, trasa tez çıxdım və sessiyanın sonunda trasdakı şərait daha yaxşı idi. Son cəhdimdə nəticəmi təkmilləşdirə bilməyəcəyim məlum idi və buna görə də tamamlamağın mənası yox idi. Lakin üçüncü yer start üçün əladır. Sabah boliddə özümü daha yaxşı hiss edəcəm. Yarış bizim üçün yaxşı keçməlidir. Görək bolidin tempi necədir. Burada həmişə əylənirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*