F-1.az xatırladır ki, almaniyalı sürücü çempionatda ən yaxın rəqibi Həmiltonu 20 xal qabaqlayaraq, liderliyini davam etdirir. Amma Mercedes komandası bu il 7 yarışda poul qazandığı halda, Ferrari cəmi 2 poul qazana bilib.
Sebastyan Fettel: “Sıralanma turunda Mercedes-in açıq-aşkar üstünlüyü var və buna görə də əlimizdən gələni etməliyik. Silverstoun bizim üçün əlverişli traslardandır. Çox sayda sürətli döngə var və bolidimizə daha uyğundur. Buna görə də vahid dövrədəki sürətimizi artırmalıyıq. Mercedes hər yarış sıralanma turunda mühərrik rejimini dəyişərək, fərqli səviyyəyə yüksəlir. Belə olanda da, qüsursuz yarış keçirməli oluruq”.