S.Fettel sevinir

Ferrari komamdasının sürücüsü Sebastyan Fettel bildirib ki, Avstriya yarışında 1 dəfə yerində fırlandığı üçün sevinclidir.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 11-ci yardə başlayıb, 8-ci yerə yüksəlsə də, Saynsla mübarizədə yerində fırlanaraq sonuncu yerə düşüb. Dördqat Dünya Çempionu rəqiblərinin mübarizəni dayandırması ilə yarışı 10-cu yerdə bitirə bilib.

Sebastyan Fettel: “Düzünü desəm, bir dəfə yerimdə fırlandığımçün sevincliyəm. Bolidi sürmək çox çətindir.

Həmin epizodda bir McLaren ilə mübarizə aparırdım. Deyəsən Sayns idi. Döngəyə girəndə son həddə idim, çünki bacardığım qədər ona yaxın olmağa çalışırdım. Yarışda arxa tərəfi bir neçə dəfə itirdim.

Yarışda əlimdən gələni etdim. Təhlükəsizlik maşını bizə kömək etdi. Yarışın sonları əyləncəli idi, amma istədiyim nəticəni əldə edə bilmədim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*