F-1.az xatırladır ki, almaniyalı sürücü yaxşı startla və düzgün stratefiya ilə yarışı 8-ci yerdə bitirib və bu mövsüm ilk xallarını qazanıb.
Sebastyan Fettel: “Komanda əla işlədi. Bu nəticə üçün bütün fürsətləri dəyərləndirdik. Bu, komandamız üçün əla nəticədir. Qələbəyə bərabərdir. Hazırda tempimizin zəif olduğunu bilirik. Hətta, ən zəif komandayıq. Hava şəraitindən yaxşı faydalandıq. İmolada yaxşı işlədik. Rəqiblərimiz də bizi nüsxələdilər.Buna görə də hamıdan əvvəl pitə girdiyim üçün sevincliyəm.
Yarışın sonlarında Şarlı arxamda saxlamaq istəsəm də, çətin idi. Məndən 3-4 saniyə sürətli idi. Bizə yarışdan əvvəl son 3-4 dövrədə Ferrari ilə mübarizə aparacaqsınız desələr, qəbul edərdim.
Bu həftə sükan üzərində bir az işlədik, amma bolidi sürmək hələ də çətindir. Düzlüklərdə belə diqqətli olmalıyıq”.