S.Fettel səhvini qəbul edib

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Bəhreyndə Okonla olan insident öz səhvi ucbatından olub.

F-1.az xatırladır ki, yarışın 45-ci dövrəsində Okon dördqat Dünya Çempionu Fetteli qabaqlayıb. Lakin almaniyalı sürücü əks hücum edərkən rəqibinə arxadan çırpılıb və nəticədə hər iki sürücü yerində fırlanıb. İnsidenti araşdıran stüardlar Fettelə 10 saniyə cəza veriblər və üstəlik lisenziyasına 2 cəza balı yazıblar. Sıralanma turunda sarı bayraqları iqnor etdiyi üçün 3 cəza balı alan Fettel bir gündə 5 cəza balına məruz qalıb.

Sebastyan Fettel: “Ora gələrkən elə bildim ki, o sağ tərəfdə qalacaq, amma birdən önümdə gördüm. Təkərləri kilidlədim. Bu, mənim günahımdır. Həftəsonu bizim üçün yaxşı keçmədi. Buna görə məyusam. Komanda mövsüm başlamamışdan əvvəl hazırlaşmışdı.

Bu yarışdan çox şey öyrəndik. Buna görə də çox iş görməliyik. Bütün bunları bir-bir həll etməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*