F-1.az xatırladır ki, almaniyalı sürücü İtaliya Qran Prisinin ikinci sərbəst yürüşlərində Parabolikada yerində fırlanıb.
Sebastyan Fettel: “Problemin səbəbi mənəm. Kiçik problem idi və bir az vaxt itirdim. Bir az limitdə sürdüm, amma limitləri tapmaq yaxşı oldu. Bolid yaxşı görünürdü. Ən əsası isə məlumat toplaya bildik. Baryerlərə bir az toxundum və arxa qanadın kənarı sındı. Buna görə də dəyişdirməli olduq”.