S.Fettel: “Səbirli olmalıyıq”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, SF1000 ilə birlikdə 2020-ci ildə daha yaxşı nəticələr qazanacaqlar.

F-1.az xatırladır ki, “qırmızılar” keçən il mövsümə iddialı başlasalar da, mövsüm ərzində 21 yarışdan üçünü qazana bilmişdilər.

Sebastyan Fettel: “Yeni bolidi dizayn etmək vaxt apardı və onun bu hala gəlməsi böyük uğurdur. SF1000-i sevirəm. Bolidi daha tez gördük və keçənilki ilə müqayisə etsəniz, orta və arxa tərəfdə dəyişiklikləri görə bilərsiniz. Daha yığcam görünür. Komanda həll yolu tapmaq üçün çox işlədi. İlk görüşdən dəyişiklikləri hiss etdim. Xüsusən də aerodinamik cəhətdən dəyişikliklər o dəqiqə görünür. Sükan arxasına keçmək üçün səbirsizlənirəm. Ancaq bir az gözləməliyik. Bolid keçənilkindən daha çox qırmızı rəngə sahibdir.

Hazırda qazanacağımız nəticələr barədə heç bir proqnoz verə bilmərik. Ancaq SF1000 irəliyə doğru atılmış addımdır. Ümid edirəm ki, sükan arxasına keçəndə bunu hiss edərəm. Səbirli olmalıyıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*