F-1.az xatırladır ki, almaniyalı sürücü rəqiblərindən fərqli strategiya seçərək, yarışın sonuna 30 dövrə qalmış Soft təkərlərə keçib vəson dövrələrdə komanda yoldaşı Lekleri qabaqlayaraq, podiuma yüksəlib.
Sebastyan Fettel: “Dördüncü yerdə idim və itirəcəyim heç nə yox idi. Pit-stopa gec getdim və daha sonra Soft təkərlərin dözməsinə ümid etdim. Dözdülər. Məncə, yarışın sonlarında ən sürətli tərkib idi və Leklerlə fərqi bağlayıb, şansımı dəyərləndirdim. Şampan içdiyim üçün xoşbəxtəm, ancaq öndəki rəqiblərimizin sürətinə çata bilmədik.
Yay tətili yaxşı oldu. Uşaqlar çox işləyirdilər. İndi isə yenidən güc yığıb, yenidən mübarizəyə qayıtmalıyıq”.