S.Fettel: Riskə getdim

Ferrari komandasının sürücüsü Sebastyan Fettel çox risk aldığı üçün yerində fırlanıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü 11-ci yerdə başladığı yarışda yerində fırlanıb və geriyə düşüb. Nəticədə dördqat Dünya Çempionu yarışı başladığı kimi – 11-ci yerdə – bitirib və xalsız qalıb.

Sebastyan Fettel: “Yüksəlməyə çalışırdım vər riskə gedirdim. Deyəsən çirkli havaya görə bolidin arxasını itirdim. Bunu istəməzdim və daha yaxşı iş görə bilərdim.

Asan yarış deyildi. Öz səhvimə görə trafikdə qaldım. Ancaq tempimiz yaxşı idi. Növbədə başqa yarışlar var və xallar bizim üçün vacibdir. Növbəti üç yarışı səbirsizliklə gözləyirəm. Portimao və İmola mənim üçün yenidir. Türkiyədə isə daha əvvəl sürmüşəm. Həyəcanlı yarış olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*