F-1.az xatırladır ki, Fettel 2015-ci ildə Ferrari komandasına qoşulduqdan sonra 10 yarış qazanıb. Rəykkönen isə 2014-cü ildə Ferrari komandasına qayıtdıqdan sonra hələ də qələbə qazana bilməyib.
Sebastyan Fettel: “Rəykkönen bu il çox yaxşı başlanğıc etdi. Düzünü desəm, cümə günləri əksər hallarda məndən sürətli idi. Bəzən bolidi anlamaqda və hiss etməkdə çətinlik çəkirəm. O isə gücü və istedadı hesabına problemləri araşdırıb həll edə bilir. Əvvəlki illərə görə imici zədələnib. Amma hər şey nəticələrdəki kimi təkyönlü deyil”.